Dərc edildi: Baxış sayı: 548
Azərbaycanda maaşlar artıb – RƏSMİ
Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artaraq 744,5 manat təşkil edib.
Ens.az Redaktor.az-a istinasən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 830,1 manat, qeyri neft-qaz sektorunda 674,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 634,5 manat, özəl müəssisələrdə isə 893,1 manat olub.
Bu dövrdə demək olar ki bütün sahələrdə maaşlar artıb, yalnız turistlərin yerləşdirilməsi və ictimai iaşədə 3 manat, təhsildə 13 manat, istirahət, əyləncə və incəsənət sahəsində isə 1,1 manat azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət