Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda listinq qaydaları yenilənib

Azərbaycanda listinq qaydaları yenilənib
Sakura

Azərbaycanda listinq qaydaları yenilənib

“Bakı Fond Birjası” QSC-nin (BFB) yenilədiyi “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olub.

Report” BFB-yə istinadən xəbər verir ki, təqdimatda Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının, investisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, emitentlər və Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Yeni qaydalarda listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilib. Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.

Yeni qaydalar BFB-nin internet səhifəsində yerləşdirilib və martın 13-dən qüvvəyə minəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR