Dərc edildi: Baxış sayı: 610
Azərbaycanda kütləvi yoluxma qeydə alınan bazar bağlandı
Nazirlər Kabineti yanında Operativ Qərargah Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı ilə bağlı məlumat yayıb.
Ens.az xəbər verirki,Qərargahdan "Report"a bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.
Qeyd edək ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət