Azərbaycanda körpələrə ən az qoyulan adlar
Son 5 ildə (2014-2018) Azərbaycanda yenidoğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub.
Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, son 5 ildə 12 507 oğlana Yusif adı qoyulduğu halda, cəmi 1236 oğlana Əkbər, 1225 oğlana Elmir, 1205 oğlana Emin, 1185 oğlana Davud, 1147 oğlana Fuad, 1145 oğlana Sənan, 1129 oğlana Onur, 1084 oğlana Sübhan adı qoyulub.
Bu adların hər biri il ərzində demək olar ki, 300-400 uşağa verilib.
Yenidoğulmuş qızlara ən az qoyulan adlar isə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər olub.
Ümumilikdə ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhra ilə yanaşı, Nuray (8561), Fatimə (7217), Aylin (6675), Məryəm (6404) və s. olub.
Oğlan uşaqlarına isə Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696), Məhəmməd (5861) olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət