Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ
Sakura

Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

“Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb:

“Son həftə ərzində - mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub.

Keçən həftə 755 nəfər koronavirusa yoluxub. Bu həftə isə 581 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Hələ də koronavirusa yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

“Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olar. Növbəti həftədə virusdan sağalanların sayının daha çox olacağını gözləyirik”, - deyə o qeyd edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR