Dərc edildi: Baxış sayı: 1101
Azərbaycanda koronavirusu öldürən elektron maska icad edildi
Ölkəmizdə "COVİD-19" virusuna qarşı elektron maska hazırlanıb.
24 Media "Mir"ə istinadən xəbər verir ki, ixtiraçı Türkel Süleymanlının bildirdiyinə görə, maska nəinki virusun (koronavirusun) qarşısını ala bilir, hətta onu məhv etmək qabiliyyətinə malikdir.
T.Süleymanlı bu barədə Dövlət Müəllif Hüquqları Agentliyinə müraciət etdiyini bildirib. Elektron maska testdən keçərsə, onun kütləvi istehsalına başlamaacaqdır.
Qeyd edək ki, sözügedən maskanın cib telefonu kimi enerjiyığma, öz-özünü təmizləmə və yenidən istifadə edilmə kimi üstünlükləri var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət