Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronaviruslu xəstələrlə çalışan həkim maaşının azlığından şikayət etdi

Azərbaycanda koronaviruslu xəstələrlə çalışan həkim maaşının azlığından şikayət etdi
Sakura

Azərbaycanda koronaviruslu xəstələrlə çalışan həkim maaşının azlığından şikayət etdi

Koronaviruslu xəstələrin müalicə olunduğu “Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova aldığı maaşdan narazıdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.

Namazova TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək bunları yazıb:

“Mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). Bir övladım BDU-da oxuyur (pulluda), biri də instituta hazırlaşır.

Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikada işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır, ya yox.

Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da, nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.

Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova (Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat -red.) səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm. Bu bədbəxt həkimlərin ümidi sizədir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR