Dərc edildi: Baxış sayı: 337
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər sığortalana bilər - RƏSMİ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev həkimlərin sığortalanması məsələsinə münasibət bildirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, sığortalanma məsələsi aidiyyəti qurumlarla müzakirə edilib:
“Həkimlər koronavirusla mübarizədə yoluxma riski ilə üz-üzə qalırlar. Onlara iş yerində bədbəxt hadisədən sığortalanma tətbiq edilə bilər. Aidiyyəti qurumların bu barədə təkliflərlə çıxış etməsini gözləyirik”.
“Bu, ilkin olaraq müzakirə olunub və müsbət qarşılanıb. Yaxın zamanda tətbiqinə başlanıla bilər”, - deyə sədr qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət