Dərc edildi: Baxış sayı: 689
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Üç nəfər öldü
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 340 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 136 nəfər müalicə olunaraq sağalıb, 5009 nəfər vəfat edib, aktiv xəstə sayı 3570 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616, ötən müddət ərzində isə ümumilikdə 3 980 697 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət