Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ
Sakura

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - RƏSMİ

“Bizim 2-3 yaşdan 89 yaşadək yoluxmuş xəstəmiz var”. 

Qafqazinfo” xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı “Diqqət mərkəzi-Yekun” verilişində yaş spektrindən danışarkən deyib: 

“Süni tənəffüs aparatına bağlı bir xəstənin qidalanması, dərmanlarının verilməsi, gigiyenik yardımının göstərilməsi və s. bütün bunlar çox ağırdır. Artıq ölkəmizin bütün regionlarında az və ya çox yoluxma faktı var. Biz bir həftə əvvəl yoluxma faktları ilə bağlı təkxanalı rəqəmlərdən danışırdıq, indi cütxanalı rəqəmlərdən danışırıq. Dua edək ki, gələn dəfə üçxanalı rəqəmlərdən danışmayaq.

Bizim xəstəxana tutumumuz var. Qərar vermişik ki, simptomatik və ya asimptomatik olmasından asılı olmayaraq bütün pozitiv xəstələri regionlar daxil olmaqla 22 xəstəxanaya yerləşdirək. Tibb müəssisələrində onları təcrid edək. İki aylıq bir təcrübəmiz var. Deyə bilərik ki, özünü qrip adı ilə evdə müalicə etmək istəyən şəxslərin sonradan vəziyyəti yaxşı olmur. Bu gün özünü çox yaxşı hiss edən sabah ağırlaşa bilər. Həmin şəxsləri biz nəzarət altında saxlamaqla, həm də onların ailə üzvlərini qorumuş oluruq.

Bu gün imkanımız buna yol verir. Ancaq gündəlik yoluxma halları üçxanalı rəqəmlərə çıxsa, vəziyyət çətin olacaq. Bizim 2-3 yaşdan 89 yaşa kimi yoluxmuş xəstəmiz var. Bu virusun yoluxması sərhəd tanımır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR