Dərc edildi: Baxış sayı: 694
Azərbaycanda koronavirusa yoluxan əməkdaşı olan icra hakimiyyəti işini necə davam etdirəcək?
Şamaxı rayon İcra Hakimiyyəti fəaliyyətini bundan sonra bir müddət sosial izolyasiya qaydalarına uyğun, məhdud heyətlə davam etdirəcək. Hətta vətəndaşların qəbulu onlayn formada həyata keçiriləcək.
Baku TV-nin bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti əməkdaşlarının birində testin nəticəsi müsbət çıxandan sonra icra başçısı Tahir Məmmədov da digərləri ilə birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ olub.
Hazırda Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşlarının yeni növ koronavirus testindən keçirilməsi prosesi davam edir.
Onu da deyək ki, Şamaxıda bu günə kimi beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət