Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ

Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ
Sakura

Azərbaycanda koronavirusa görə karantinə alınan icra başçısının testinin nəticəsi açıqlandı - RƏSMİ

Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının koronavirus testlərinin nəticəsi açıqlanıb.

Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a açıqlamasında rayon İH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib.

Onun sözlərinə görə, Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub:

“Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.

İcra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb. Əməkdaşlar növbəti testlərdən də keçəcəyik”.

T.Qəniyev qeyd edib ki, Şamaxı rayonunda beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR