Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq

Azərbaycanda koronavirusa görə ərazilərin dezinfeksiyasında drondan istifadə olunacaq
Sakura

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir...

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

 

Bu barədə İnterAz-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

 

Belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

 

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.

 

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR