Dərc edildi: Baxış sayı: 603
Azərbaycanda koronavirusa 28 yoluxma qeydə alındı, 59 nəfər sağaldı
Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət