Dərc edildi: Baxış sayı: 986
Azərbaycanda koronavirus ocağı olan region var? - RƏSMİ AÇIQLAMA
“Bəzi regionlarımız artıq koronavirus xəstələyindən təmizlənib. Xəstəlik halları olan rayonların 25 faizində xəstəlik ocaqları yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, Azərbaycanda hazırda yoluxanların sayı sağalanların sayını 60 faiz üstələyir:
“Əhali özünü necə qorumağı bilməlidir. Karantin rejiminin yumşaldılmasından sonra hansısa ərazidə yoluxma baş verərsə, bu, karantin rejiminin pozulması nəticəsində ola bilər və yenidən karantin qaydaları sərtləşdirilə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət