Dərc edildi: Baxış sayı: 514
Azərbaycanda koronavirus dönəmində kütləvi dini çağırışlar olub? - RƏSMİ
“Koronavirus pandemiyası dövründə Azərbaycanda fəaliyyət göstərən dini icmaların heç birində dini ayinin kütləvi və toplu şəkildə keçirilməsini təkid edəcək çağırış edilməyib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.
O qeyd edib ki, çağırış tipli müraciətlər də qeydə alınmayıb:
“İnsanlar tələblərə əməl edirlər. Ramazan ayı müddətində ziddiyyətli, narazılıq yaradacaq vəziyyət ortaya çıxmayıb:
“Bu günə qədər əhəmiyyət daşımayan faktın qeydə alınması mümkündür”.
M.Qurbanlı əlavə edib ki, ölkədə verilən fitvaya qarşı hər hansı hərəkətlər müşahidə edilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət