Dərc edildi: Baxış sayı: 598
Azərbaycanda korona bu məhsulu yeddiqat ucuzlaşdırdı
Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi bir sıra ərzaq məhsullarının qiymətinə də təsir göstərib.
Axar.az xəbər verir ki, bir neçə gündür rayonlararası gediş-gəlişin bağlanması Neftçala rayonunda balığın qiymətinin düşməsinə səbəb olub. Bayramqabağı 20 manata təklif olunan kütüm balığı hazırda 3 manata düşüb.
Ucuzlaşma digər balıq növlərinə də təsir edib. Kefal, çəki və sıf balıqları da 3-4 manata düşüb.
“Qiymət azalmasına rayonlararası gediş-gəlişin bağlanması olub. Digər rayonlardan Neftçalaya gələn alverçilərə rayona giriş qadağan edilib. Buna görə də balığın qiyməti düşüb”, - balıqçılardan biri saytımıza açıqlamasında deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət