Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda koksaki virusu yayılıb? - Açıqlama

Azərbaycanda koksaki virusu yayılıb? - Açıqlama
Sakura

Azərbaycanda koksaki virusu yayılıb? - Açıqlama

Sosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub.

Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir.

Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır.

Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, koksaki adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Qeyd edək ki, bu virus, adətən, hər hansı müdaxilə olmadan 7-10 günə keçir. Lakin xüsusilə uşaqlarda letal sonluqla (ölüm - red.) nəticələnən hallara da rast gəlinir. 

Koksaki virusu (lat. Coxsackievirus) -  mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir. Virus aseptik meningitin meydana gəlməsinin əsas səbəblərindən hesab olunur. Manifestli və ya inapparant infeksiyanın başa çatmasından sonra möhkəm tipospesifik immunitet formalaşır. 

İnsanlar daha çox koksaki virusuna çirkli məhsullardan, məişət əşyalarından və sudan yoluxur.  Habelə infeksiya hava-damcı yolu ilə də virus daşıyıcısından sağlam insana ötürülə bilir. Ona görə də bu virusa təkcə yoxsul ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş ölkələrdə rast gəlinə bilər. 

Xəstəliyə ən həssas təbəqə yaşı 10-a qədər olan uşaqlardır. Böyüklər nadir hallarda bu virusla xəstələnir. 1997-ci ildə Malayziyada koksaki virusu epidemiyası nəticəsində 30 nəfər həyatını itirib. 2002-ci ildə bu virusun (B ştammı) yayılması ilə əlaqədar Yunanıstanda bütün məktəblər bağlanıb.

Həmin vaxt qədim Avropa ölkəsində 46 nəfər yoluxmuş və üç nəfər həyatını itirmişdi. 2007-ci ildə infeksiyaya kütləvi yoluxma halları Çinin şərq bölgəsində müşahidə olunub: 22 azyaşlı ölüb, 800 nəfər yoluxub, 200-ə yaxın uşaq xəstəxanalara yerləşdirilib.

Koksaki virusuna yoluxmuş ağız boşluğu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR