Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda kitablardan ƏDV götürülsün - Təklif

Azərbaycanda kitablardan ƏDV götürülsün - Təklif
Sakura

Azərbaycanda kitablardan ƏDV götürülsün - Təklif

Deputat Fazil Mustafa Azərbaycanda kitabların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi məsələsini parlamnetin bu gün keçirilən plenar iclasında qaldırıb.

Oxu.Az-ın xəbərinə görə, o, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV götürülüb:

“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azərbaycanda da davam ertdirilməsi lazımdır. ƏDV Gürcüstanda da kitablar üzərindən götürülüb.

Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu, kitaba münasibətin göstəricisidir.

Bizdə kitablar həddən artıq bahalıdır. Belarusda kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa, savadsızlıq baş alıb gedəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR