Slimfit
  1. ƏDƏBİYYAT

Azərbaycanda kitablar niyə yandırıldı? – Mədəni soyqırım

Azərbaycanda kitablar niyə yandırıldı? – Mədəni soyqırım
Sakura

Azərbaycanda kitablar niyə yandırıldı? – Mədəni soyqırım

Bu gün Güney Azərbaycanda Pəhləvi rejimi tərəfindən həyata keçirilən kitab yandırma aksiyasından 73 il ötür.

Kult.az xatırladır ki, 1945-ci ildə Güneydə qurulmuş Azərbaycan Milli Hökuməti 1946-cı ildə süqut etdikdən sonra Pəhləvi rejimi Azərbaycan türkcəsində çap olunmuş bütün kitabları şəhərlərin meydanlarında tonqal qalayaraq yandırıb.

Həmin mədəni terror bu gün də el arasında “Yandırılmış Kitablar Günü” adı ilə xatırlanır.

Qeyd edək ki, bu “mədəni soyqırım”ın ildönümündə Güney Azərbaycan şəhərlərində divarlara şüarlar yazılır, əhali arasında bildirişlər yayılır. Bundan əlavə, azərbaycanlı milli-mədəni fəallar şəhərlərdə çox sayda türkcə kitablar paylayır və digər mədəni tədbirlər keçirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR