Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda kartof istehsalında böyük artım

Azərbaycanda kartof istehsalında böyük artım
Sakura

Azərbaycanda kartof istehsalında böyük artım

2019-cu ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 281,4 milyon manat təşkil etmişdir ki, onun da 1 milyard 203,1 milyon manatı heyvandarlıq, 78,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

"Marja" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,9 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 22,2 faiz artmışdır.

Təsərrüfatlarda yanvar-aprel aylarında 40,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof və 91,6 min ton və yaxud 3,0 faiz çox tərəvəz məhsulları istehsal edilmişdir.

2019-cu ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 166,1 min ton ət, 649,8 min ton süd, 597,8 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal edilmiş, 2018-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 3,1 faiz və yun istehsalı 45,3 faiz artmışdır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR