Dərc edildi: Baxış sayı: 458
Azərbaycanda kartof istehsalı tələbatı iki dəfə üstələyir
Azərbaycanda kartof istehsalı ölkə tələbatını iki dəfə üstələyir. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir qeyd edib ki, cari ildə təqribən 900 min ton kartof istehsal olunub.
Bu yaxınlarda kartofa görə gömrük rusumunun artırılmasına münasibət bildirən İ.Kərimov vurğulayıb ki, bu addım yerli məhsulun sabit qiymətini təmin etməyə və yerli istehsalçıların maraqlarını qorumağa xidmət edir.
XartırlQeyd edək ki, Azərbaycana idxal edilən kartofun gömrük rüsumu iki dəfə artırılaraq 15 faizdən 30 faizə çatdırılıb. Bu, hər il yanvarın 1-dən iyunun 30-dək idxal olunan kartofa aiddir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət