Dərc edildi: Baxış sayı: 209
Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ
“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının tez olub-olmadığının nəticəsini bir müddət sonra görəcəyik”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu onlayn brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, insanlar əvvəlki kimi yaşamağa başlasalar, koronavirusa yoluxma artacaq:
“Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılmasının gec və ya tez olmasını koronavirusa yoluxmanın statistikasına baxaraq görə biləcəyik”.
“Tövsiyəm odur ki, yumşaldılmadan sonra da insanlar sosial məsafəsini qorusun, sanitar-gigiyena qaydalarına riayət etsinlər”, - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət