Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda karantin rejiminin atmosfer havasına təsiri açıqlanıb

Azərbaycanda karantin rejiminin atmosfer havasına təsiri açıqlanıb
Sakura

Azərbaycanda karantin rejiminin atmosfer havasına təsiri açıqlanıb

 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində karantin rejiminin atmosfer havasına təsiri barədə danışıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, nazir karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidə və monitorinqlərin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, hazırda monitorinq işlərininin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur: "Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir".

Nazir əlavə edib ki, araşdırmaların nəticələrinin müqayisəli təhlili karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azaldığını göstərib: "Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. Belə ki, bu ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR