Azərbaycanda jurnalistə vəzifə verildi
Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni təyinat olub.
ASA-dan verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olub.
M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. Ölkənin aparıcı media orqanlarında, “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” kimi xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət