Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb? - SƏBƏB

Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb? - SƏBƏB
Sakura

Azərbaycanda istismar müddəti köhnələn maşınlar niyə çoxalıb? - SƏBƏB

Dövlət Statistika Komitəsi (DSK) ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb.

Ens.az xəbər verir ki, bu barədə Modern.az-a fikir bildirən iqtisadçı Rövşən Ağayev bildirib ki, 2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə düşüb - 4,2%:

“10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə 77,3 % olmaqla ən yüksək həddə çatıb. Bu sahədə ən yaxşı vəziyyət 2014-cü ildə qeydə alınıb. Belə ki, 5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib”.

İqtisadçının sözlərinə görə, bu mənzərənin yaranmasında heç şübhəsiz əsas səbəb son illər kreditlə maşın almaq üçün şərtlərin pisləşməsidir:

“Amma digər 2 mühüm səbəbi də gözardı etmək olmaz: gömrükdə maşın idxalı üçün şərtlərin son dərəcə ağırlaşdırılması- vergi yükünün kəskin artımı, əhalinin sosial vəziyyətinin devalvasiyadan sonrakı dövrdə davamlı olaraq pisləşməsi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR