Slimfit
  1. HƏRB

Azərbaycanda istehsal ediləcək yeni hərbi məhsullar

Azərbaycanda istehsal ediləcək yeni hərbi məhsullar
Sakura

Azərbaycanda istehsal ediləcək yeni hərbi məhsullar

Azərbaycanın 2018-ci ildə müdafiə sənayesi üzrə əldə etdiyi nəticələr məlum olub.

Ordu.az xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqda hesabatına bildirilir ki, ötən il müdafiə təyinatlı məmulat üzrə yaradılma işlərinin aparılması üçün 103 adda mövzu üzrə təcrübi-konstruktor işləri görülüb, 2 adda məmulatın yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.


Bundan başqa, xüsusi təyinatlı hücum pulemyotunun, tüfəng mərmiləri üçün 100 ədəd tutumu olan mərmi qutusu və mərmi lentlərinin seriyalı istehsalı təşkil edilib: “İki adda avtomat silahının, 2 növ zirehdələn-yandırıcı izburaxan gülləli mərmilərin ixtisaslaşma sınaqlarına başlanılıb və seriyalı istehsalı təşkil ediləcək. Habelə, 2 növ top üçün qəlpəli-fuqas mərmili atəş yığımı, iriçaplı pulemyotlar və top üçün 3 adda lülənin istehsalat hazırlığı işləri başa çatdırılıb”.

Qeyd olunub ki, hazırda müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin saytı 1200-dən çoxdur: “2019-cu ildə qəlpəli fuqaslı yandırıcı gülləli mərmilər, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, snayper tüfəngi, xüsusi təyinatlılar üçün patrul maşını, zirehdələn-yandırıcı-izburaxan gülləli mərmilər, müxtəlif növ döyüş sursatları, artilleriya və tank topları üçün mərmilərin gövdələri və gilizləri, avtomatik topun istehsalı mümkün olacaq”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR