Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda informasiya texnologiyaları şirkəti cərimələndi

Azərbaycanda informasiya texnologiyaları şirkəti cərimələndi
Sakura

Azərbaycanda informasiya texnologiyaları şirkəti cərimələndi

Azərbaycanda informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən “Cyberspace” MMC inzibati qaydada cərimə edilib.

"Report"un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi valyuta tənzimi qaydalarını pozduğuna görə, şirkətin 4 676 avro cərimə olunması barədə qərar çıxarıb.

“Cyberspace” MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən “Cyberspace” MMC informasiya texnologiyaları bazarında avadanlıqların alınması və quraşdırılması, eləcə də proqram təminatı üzrə konsultant məsləhətçi xidmətlərini əhatə edən fəaliyyət həyata keçirir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR