Azərbaycanda inanılmaz mağaza: burada hər şey pulsuzdur
İsmayıllı sakinləri ehtiyacı olan insanlara əl tutmaq
üçün maraqlı bir yola əl atıblar.
Publika.az xəbər verir ki, bu rayonda elə bir
mağaza var ki, burda satılan hər şey pulsuzdur.
Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən
mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları
təqdim edir. “Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı
kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən
imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də
xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir.
Xamis Babayev – Sakin: “Kimlərinsə maddi imkanı aşağıdır, burden
yararlı paltar alıb istifadə edirlər. Gözəl təşəbbüsdür.
Kəmalə Xəlilova – Sakin: “5 uşaq anasıyam, uşaqlar bir-birinin
paltarını geyinirlər. Eşitdim burada belə bir mağaza var. Gəldim
müraciət etdim”.
Nariyə Babayeva – Sakin: “Paltar götürmüşüy uşaqlara. Bu
mağazanı açanlara, bu şəraiti quranlara təşəkkür eləyirik. Çox
sağolsunlar”.
Vitrində ayaqqabı, uşaq geyimləri, yay və qış geyimləri üstünlük
təşkil edir. Ölçülər də fərqlidir. İsmayıllı ilə yanaşı, qonşu Ağsu
və Göyçay rayonlarından da mağazaya maraq böyükdür. “Ehtiyacın
varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyası
çərçivəsində hətta əlil vətəndaşa əlil arabası, bir neçə imkansız
ailələrə isə məişət avadanlıqları hədiyyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət