Dərc edildi: Baxış sayı: 435
Azərbaycanda illik iqtisadi artım 0,2%-ə düşüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 43 478,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarının yekununda ölkədə illik iqtisadi artım 1,3% təşkil etmişdi.
Son 1 ildə Azərbaycanda adambaşına düşən ÜDM isə 0,7% azalaraq 4 436,3 manata düşüb.
7 aylıq ÜDM-in 19 152,6 mln. manatı neft sektoru, 24 326 mln. manatı isə qeyri-neft sektoru hesabına formalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət