Azərbaycanda illik inflyasiya faizi açıqlandı - RƏSMİ
“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalından aşağıda qalıb”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib:
“İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb”.
E.Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir:
“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5 faiz intervalında formalaşacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət