Dərc edildi: Baxış sayı: 1025
Azərbaycanda ilk ödənişli yol - Tarix açıqlandı
Bu ilin sonunadək Ələt-Astara yolunun 31-204-cü kilometri ödənişli olacaq.
Bunu müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.
S. Məmmədov bildirib ki, bu ilin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək.
Qurum sədrinin sözlərinə görə, ödənişli giriş Ələt-Astara magistralının 31-204-cü kilometrinə tətbiq ediləcək.
“Bizim də qiymətlə bağlı təklifimiz var. Lakin qiymətlərlə bağlı son sözü Azərbaycan prezidenti ilə razılaşdırılmış halda Tarif Şurası deyəcək”, - deyə Saleh Məmmədov söyləyib.
Mənbə: Marja.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət