Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk: dron vasitəsilə...

Azərbaycanda ilk: dron vasitəsilə...
Sakura

Azərbaycanda ilk: dron vasitəsilə...

Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, dron vasitəsilə kimyəvi mübarizə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası”nın aparıcı elmi işçisi İbrahimov Etibar və “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Qəribov Zöhrab tərəfindən həyata keçirilib.

Dronlar vasitəsilə kimyəvi mübarizə fermerlərin marağına səbəb olub.

Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildirib ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR