Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk dəfə tələbələr "Qarabağ şivələrinin lüğət tərkibi” adlı kitab hazırlayıb

Azərbaycanda ilk dəfə tələbələr "Qarabağ şivələrinin lüğət tərkibi” adlı kitab hazırlayıb
Sakura

Azərbaycanda ilk dəfə tələbələr "Qarabağ şivələrinin lüğət tərkibi” adlı kitab hazırlayıb

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilk dəfə olaraq “Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlı elmi kitab hazırlayıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, kitabı Universitetin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri hazırlayıb.

"Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlanan elmi araşdırmalar toplusunun ilk nüsxəsi işıq üzü görüb.

AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva kitaba yazdığı ön sözdə tələbələrin bu nailiyyətini dilçiliyin, dialektologiya sahəsinin inkişafına verilmiş böyük töhfə adlandırıb.

Kitabın elmi redaktoru, MDU-nun Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov "Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi" toplusunda 3711 söz üzərində araşdırma aparıldığını deyib: "O sözlər Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa, Ağcabədi, Füzuli, Zəngilan, Kəlbəcər və qismən Tərtər rayonları ərazisində mövcud olan şivə və dialektləri özündə birləşdirir. Əsərdə sözlərin qramatik quruluşu, transkripsiyası və məzmunu elmi əsasını tapıb".

N.Manafov əlavə edib ki, tələbələrin bu uğurunun təməlində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dayandığını bildirir: "Dövlət Proqramında Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaradıcı vətənpərvər gənclərimiz də məhz bu amili nəzərə alaraq bir qədər də irəli gedib. Onlar öyrənməklə yanaşı digərlərini də öyrədə biləcək bir dəyərli elmi toplu hazırlayıblar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR