Azərbaycanda ilk dəfə qablaşdırma sənayesi sərgisi keçiriləcək
Gələn ay Azərbaycanda ilk dəfə qablaşdırma sənayesi sərgisinin keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"a Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Kamran Hacızadə məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhədələdə sərgidə qablaşdırma sahəsində fəaliyyət göstərən 50-yə yaxın müəssisə iştirak edəcək. Bu rəqəmin artacağı istisna deyil.
K.Hacızadə həmçinin bildirib ki, Azərbaycanda qablaşdırma sənayesinin inkişafı üçün gömrük rüsumlarının aşağı olması məqsədəuyöundur: "Bununla bağlı Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə görüşmüşük. Bu sahədə fəaliyyət göstərən sahibkarlar xammalı xaricdən gətirirlər. Həmin xammala 39% gömrük rüsumu tətbiq edilib. Halbuki, bu göstərici Gürcüstan və Ukraynada 18%-dir. Qablaşdırma sənayemizin daha rəqabətə davamlı olması üçün gömrük rüsümlarının bir qədər azaldılmasını istərdik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət