Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ilk dəfə borca görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Azərbaycanda ilk dəfə borca görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Sakura

Azərbaycanda ilk dəfə borca görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bu barədə Axar.az-a bank eksperti, vəkil Əkrəm Həsənov məlumat verib. Bildirib ki, "Atabank"ın iddiası ilə borca görə həbs edilən zamin Lalə Bünyatovanın işi üzrə şikayətə bu gün baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov Sabunçu Rayon Məhkəməsinin həbs qərarını araşdırmanın düzgün aparılmaması səbəbi ilə ləğv edib və işi geri qaytarıb. Vəkil bildirib ki, borca görə həbs edilən xanım iclas zalından azad edilib:

“Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Hamını təbrik edirəm! Sivil cəmiyyət olduğumuzu sübut etmək üzrəyik! Belə qərarlar verə bilən hakimlərimiz də var”.

Qeyd edək ki, “Atabank”ın şikayəti əsasında kredit götürən şəxsə zamin duran qadını həbs etdirmişdi. Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev “Atabank”a 8701 manat borcu olan şəxsin zamini Bünyatova Lalə Nəriman qızını 10 gün müddətinə inzibati qaydada həbs etmişdi. Məhkəmə borclunun özünü tapa bilmədiyi üçün ona zamin duran qadını həbs etdirmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR