Slimfit
  1. TARİX

Azərbaycanda ilk çap kitabı

Azərbaycanda ilk çap kitabı
Sakura

Azərbaycanda ilk çap kitabı

Azərbaycanda ilk çap kitabı 1818-ci ilin iyul ayında Mirzə İsa Qaimməqamın “Cihadiyyə” adlı kitabı ilə meydana gəlmişdir. Yəni Azərbaycanda ilk litoqrafiya dəzgahı XIX əsrin əvvəlində Təbrizdə qurulub. İlk mətbəə Təbrizə Rusiyadan gətirilibKitabın naşiri Məhəmmədəli bin Hacı Məhəmməd Hüseyn əl-Aştiyani olmuşdur. Bu əsərin çap olunması ilə Azərbaycanda çapçılıq sənətinin əsası qoyulmuşdur. Bu kitab fars dilində olmaqla, Çar Rusiyası ilə Qacarlar hakimiyyəti arasında gedən və Azərbaycanın iki yerə parçalanması ilə nəticələnən müharibədən bəhs edir

Ana dilimizdə buraxılan ilk kitab hazırda Azərbaycan MEA-nın Əlyazmalar İnstitutunda saxlanan Leyli və Məcnun kitabıdır.

Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı isə görkəmli alim Nəsrəddin Tusinin 1594-cü ildə İtaliyanın Roma şəhərində, "Mediçi" mətbəəsində ərəb dilində çap olunan "Təhriri Oqlidis" əsəri olub.

1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. 1835-ci ildə Kazan Universitetinin müəllimi, şərqşünas, professor Frans Erdmanın dinə aid fars dilində kitabı Şuşada nəşr edilib.

1858-ci  ildə  Şamaxıda mətbəə fəaliyyətə  başlamışdır.

XIX əsrin ortalarından Bakıda da mətbuat və kitab nəşri geniş vüsət alıb. Həmin dövrdə Bakıda üç, Şamaxıda iki mətbə olmuşdur. 

1874-cü ildə Gəncə şəhərində Fyodorov və Tarumovun mətbəəsində “Yelizavetpolun rus və müsəlmanlar təqvimi” nəşr edilib. Bu təqvimin bir nüsxəsi Sankt-Peterburqun Saltıkov-Şedrin adına kitabxanasında saxlanılır. 1884-cü ildə Bakıda 5 mətbəə və 1 litoqrafiya (daş çapı), Gəncədə isə 3 mətbəə olduğu statistik qaynaqlarda göstərilib.

1894-cü ildə Bakıda 10 mətbəə və bir Xromo-litoqrafiya vardı. Xromo-litoqrafiya indiki Səməd Vurğun küçəsindəki 2 nömrəli mətbəənin yerində yerləşirdi. Sahibi Q. İ. Demirov idi

Bakıda ən böyük, mətbəə-nəşriyyat Oruc, Qəmbər və Abuzər Orucov qardaşları tərəfindən açılıb. 1906-cı ildə yaradılan “Orucov qardaşları” mətbəə-nəşriyyatı 1917-ci ilədək fəaliyyət göstərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR