Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi
Sakura

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi

2018-ci il dekabrın 5-də Marriott Absheron Baku Hotel-də BakuTel-in dəstəyi və Azərbaycan Qadınları İKT-də - “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci olan «AWITA 2018» — The Women in IT Award mükafatlarının təqdimat mərasimi keçirildi.

Xeberler.az  bildirir ki, mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilmişdir. Təqdimat mərasimi bu il Bakıda keçirilən Telekommunikasiya, innovasiya və yüksək texnologiyalar – “BakuTel 2018" adlı Azərbaycan Beynəlxalq Sərgi və Konfransının rəsmi açılışı münasibətilə ənənəvi ziyafətlə birgə baş tutdu.

“AWITA-2018” mərasiminə məşhur azərbaycanlı aparıcılar - Ceyhun Əli və Vüsalə Əlizadə aparıcılıq etmişdi. “AWITA 2018” 500-dən çox peşəkar və qonağı toplamışdır ki, onların sırasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Estoniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri Maya Tasa, ADA Universitetinin rektor müavini Fariz İsmayılzadə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, xarici ölkələrin səfirləri, nümayəndə heyətləri və ölkənin İT sənayesinin nümayəndələri də vardır.

“Bakutel” ilə yanaşı Pasha Bank, B.EST Solutions, MONT Azerbaijan, Rabita Bank, Bakinity, Lilac, R.I.S.K, Sinam, Ultra, Cybernet, Azer Agrar, Tovuz-Baltiya, Microsoft Azerbaijan, STEP IT Academy, Synergy Partnership şirkətləri də “AWITA 2018” müsabiqəsinin partnyorları və sponsorları sırasında idilər. Müsabiqəyə 100-dən artıq ərizə daxil olmuşdur. Ölkənin İT sənayesinin, İKT sahəsində çalışanlar, aparıcı kütləvi informasiya vasitələrinin, dövlət strukturlarının, eləcə də universitetlərin nümayəndələri aşağıdakı 11 nominasiya üzrə qalib xanımları müəyyənləşdirdilər:

1. İlin İnnovatoru – Şəbnəm Məmmədova (Kənd Təsərrüfatı nazirinin İnnovasiyalar üzrə müşaviri)

2. Dövlət qurumunda fəaliyyət göstərən rəqəmsal lider - Leyla Məmmədova (“Azintelecom”un Baş direktoru)

3. Münsiflər heyətinin seçimi – Sahibə Həsənova (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində radiorabitə sahəsində ekspert)

4. İlin təsisçisi, Baş direktoru və yaxud İT sahəsində direktor – Naina Mehdiyeva (“Golden Pay”in Baş direktoru)

5. 2018 sahə nominasiyası: AGTECH-də qadın – Jalə Əmirbəyova (Fərdi sahibkar, Azərbaycan Meyvə və Tərəvəzlər İstehsalçıları Assosiasiyasının sədr müavini)

6. İlin sahibkarı - B.EST Solutions (“Asan İmza” mobil elektron imzanın operatoru)

7. Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə - Bahar Abdullayeva (İ.Həsənov adına İsmayıllı rayon 1 saylı tam orta məktəbinin müəllimi)

8. İlin innovativ müəllimi – Aliyə Əhmədova (İ.Qayıbov adına Sumqayıt şəhəri 1 saylı tam orta məktəbinin fizika-informatika müəllimi)

9. İlin startapı – Elnarə Məmmədzadə (“Dataforest”in təsisçisi və idarəetmə üzrə partnyor)

10. İlin proqramçısı – Ləman Qədirli (STEP IT Akademiyada müəllim)

11. İT sahəsində ilin birliyi/ İT sahəsində təhsil proqramı və ya layihəsi – Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

Hər il “AWITA” müsabiqəsi çərçivəsində Azərbaycan Qadınları İKT-də - FEMMES DIGITALES klubunun fəaliyyətinin inkişafına və dəstəyində verdiyi töhfəyə görə mükafat təqdim edilir. Bu il bu mükafata Azərbaycan Respublikası Təhsil Nazirliyi, ASAN Xidmət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti və STEP IT Akademiyası layiq görülmüşdür.

“AWITA 2018” tədbiri xanımlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə, həmçinin Azərbaycanda texnologiyalar və innovasiyalar sahəsində qadınların nailiyyətlərinin nümayiş etdirilməsinə istiqamətlənmiş ən böyük tədbir hesab edilir.

Qeyd edək ki, İKT sahəsində Azərbaycan Qadınları - «FEMMES DIGITALES» klubu dövlət və özəl sektorda İKT sahəsində çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədilə yaradılmışdır. Bu il klub 4 yaşını qeyd etdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR