Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb
Sakura

Azərbaycanda iki ayda 60 min daşınmaz əmlakın mülkiyyət hüququ qeydə alınıb

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 60 093 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

Oxu.Az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 9 349-u ilkin, 50 744-ü isə təkrar qeydiyyatın payına düşüb.

İki ay ərzində fərdi yaşayış və bağ evləri üzərində 8 753, mənzillər üzərində 13 248, torpaq sahələri üzərində 36 258, qeyri-yaşayış binaları üzərində 512, qeyri-yaşayış sahələri üzərində 1 220, əmlak kompleksləri üzərində 96, çoxmərtəbəli yaşayış binaları üzərində isə altı mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu mülkiyyət hüquqlarının 14 886-sı Bakının, qalanı isə bölgələrin payına düşüb.

Hesabat dövründə 43 765 texniki pasport tərtib edilib, 11 314 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR