Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? - Deputatdan açıqlama

Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? - Deputatdan açıqlama
Sakura

Azərbaycanda icra hakimiyyətləri ləğv ediləcək? - Deputatdan açıqlama

“Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir”. Bunu müsahibəsində beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, ”Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov bildirib. Azərbaycanda icra hakimiyyətləri ləğv edilə və ya birləşdirilə bilərmi?

Ens.az xəbər verir ki, Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında deputat Sabir Rüstəmxanlı artıq o prosesin getdiyini geyib:

“İdarələr birləşdirilir. Onlardan soruşmaq lazımdır ki, bununla nə etmək istəyirlər. Bunu xalqa bəyan etsinlər. İnsanlarımız bilsin ki, bunun sonunda nə olacaq. İcra hakimiyyəti əsas deyil. İcra Hakimiyyətlərin bəziləri əlində heç bir səlahiyyət olmasa da özü üçün imtiyaz yaratmağa çalışan qurumlardır. İcra başçıları ölkə başçısı tərəfindən təyin olunurlar. Onların bəziləri digər dövlətlərin köhnə idarəetmə qaydalarından istifadə edirlər. Belə ki, bəzi icra başçıları özlərini köhnə raykom katibləri kimi aparırlar. Bunların hər biri aydınlaşmalıdır. Yəni yerli idarəetmə sistemində aydınlıq olmalıdır. Bələdiyyələrlə icra hakimiyyətlərin iş bölgüsü və səlahiyyətlər müəyyənləşdirilməlidir. Bunların hər biri dəqiqləşdirilməlidir”.

Milli Məclisin üzvü fikrini belə tamamlayıb:

“Ona görə də o sahədə müəyyən qədər yeniləşməyə və islahatlara ehtiyac var. Amma mən konkret bu işə proqnoz verə bilmərəm. Bunların hər biri ciddi təhlil olunmalı, dövlətimizin ümumi maraqlarına uyğun bir variant seçilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR