Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda İcra başçısını həbs etdilər- Sensasiya

Azərbaycanda İcra başçısını həbs etdilər- Sensasiya
Sakura

Azərbaycanda İcra başçısını həbs etdilər- Sensasiya

Azərbaycanda sensasiya sayıla biləcək hadisə baş verib.
BakuPost xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
 
 
İcra başçısının və onun müavininin kimliyi redaksiyaya məlum olsa da, hələlik adlarını yazmırıq, rəsmi cavab gözləyirik.
 
Onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.
 
***
 
Həbs olunan şəxs Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğludur.
 
***
 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
 
Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.
 
Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR