Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılıb

Azərbaycanda I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılıb
Sakura

Azərbaycanda I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində araşdırma aparılıb

Xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə I dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılma aparılıb. 

Ens.az xəbər verir ki,bunu APA-ya açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib. Onun sözlərinə görə, məlum olub ki, həmin xəstələrdən 15-i hazırda hemodaliz müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfər isə vəfat edib: “164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilib, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılıblar. 848 nəfər isə hemodializ xəstələrinin elektron reyestrində mövcud deyil. Qeyd olunan 848 nəfərdən yalnız 632 nəfərə "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi" kartı vasitəsi ilə Tibbi-Sosial Ekpsert Komissiyalarına göndərişlər verilib, qalan 216 nəfər barədə məlumat mövcud deyil. Həmin şəxslərin məlumatları hemodializ xəstələrinin elektron reyestrində mövcud olmadığı üçün bilavasitə əlillik təyinatlarıı etibarsız hesab edilir”. 

G.Əzizova qeyd edib ki, əgər vətəndaş böyrək transplantasiyası əməliyyatı keçiribsə və yaxud hazırda dializ müalicəsinin davam etdiyini iddia edirsə, əməliyyatla bağlı epikrizi və ya dializ müalicəsi alması ilə bağlı tibbi sənədləri yaşadığı rayon üzrə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etməlidir: “Həmin sənədlər əsasında müraciət edən şəxsin problemi araşdırılaraq, ona müvafiq əlillik dərəcəsi təyin edilə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR