Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda hüquqi şəxslərin də problemli kreditlərinin həlli ilə bağlı proqram hazırlanır

Azərbaycanda hüquqi şəxslərin də problemli kreditlərinin həlli ilə bağlı proqram hazırlanır
Sakura

Azərbaycanda hüquqi şəxslərin də problemli kreditlərinin həlli ilə bağlı proqram hazırlanır

"Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var".

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

"Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək", - deyə nazir qeyd edib.

Bununla yanaşı, S.Şərifov banklara verilən dəstəyə baxmayaraq, onların verdikləri kreditlərin faizlərinin hələ də yüksək olduğunu qeyd edib:

"Kredit faizlərinin inflyasiya səviyyəsindən 5-6 dəfə yüksək olması əsaslı deyil. Amma bankların da ola bilsin ki, arqumentləri var və biz onları eşitməliyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR