Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib
Sakura

Azərbaycanda hasil edilən neftin 74 %-i Bakı-Tbilisi-Ceyhan kəmərilə dünya bazarlarına nəql edilib

İndiyənədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər 573 milyon ton neft hasil edilib.

"İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib. X.Yusifsadə qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb", - SOCAR-ın birinci vitse-prezidenti qeyd edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR