Dərc edildi: Baxış sayı: 501
Azərbaycanda 'Formula 1' ilə əlaqədar 10 min iş yeri açılır
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hər il ölkədə 10 min yeni iş yeri açılır".
"Report"un məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, böyük tədbirlər zamanı ekoloji cəhətdən düzgün davranmaq lazımdır.
Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət