Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda fermerlərə xidmət edəcək mobil laboratoriyalar istifadəyə veriləcək

Azərbaycanda fermerlərə xidmət edəcək mobil laboratoriyalar istifadəyə veriləcək
Sakura

Azərbaycanda fermerlərə xidmət edəcək mobil laboratoriyalar istifadəyə veriləcək

Kənd Təsərrüfatı Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə icra etdiyi layihə çərçivəsində mobil laboratoriyalar istifadəyə veriləcək.

Bu barədə “Report”a BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Fərid Abbasov məlumat verib.

Onun sözlərinə görə, artıq mobil laboratoriya ölkəyə gətirilib: “Bu mobil laboratoriya fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə bir sıra avadanlıqlarla təchiz edilib. Mobil laboratoriyada kiçik həcmli torpaq və bitki nümunələrinin kütləsinin dəqiq təyin edilməsi, kiçik həcmli torpaq və bitki nümunələrinin turşuluq və gələvilik xüsusiyyətin təyin edilməsi mümkün olunması üçün avadanlıqlar mövcuddur”.

F.Abbasov bildirib ki, bundan başqa, fermer təsərrüfatlarında təbii otlaq və biçənəklərdə torpaqların sıxlığı və təbii quruluşu pozulmadan təyin etmək üçün istifadə edilən cihazlar mövcuddur: “Torpaq məhlulunun turşuluq və gələvilik xüsusiyyətlərinin təyin edilməsi ilə yanaşı bu mobil laboratoriyada reaktivlər də var. Bu mobil laboratoriyadan cavablar tez bir müddətdə fermerlərə veriləcək. Həmçinin, ümumi torpaq aqrokimyavi analizlərinin aparılması üçün qurğu da təchiz edilib”.

Layihə rəhbəri qeyd edib ki, bu avadanlıq ABŞ, Yaponiya, Almaniya istehsalıdır: “Hazırda bu pilot layihə olduğu üçün cəmi 1 belə mobil laboratoriya avtomobili mövcuddur. Fermerlərin yerlərdə xidmət göstərməsinə olduqca böyük maraqları var. Onların laboratoriyaya çatmaları üçün imkanları yoxdur. Ancaq əkindən öncə mobil laboratoriya onların yanına gəlir və dəqiq torpaqların analizi, veriləcək gübrə kütləsini müəyyən edilir. Bunlar da məhsuldarlığı artmasına kömək edəcək”.

F.Abbasov deyir ki, belə mobil laboratoriyaların ölkədə mövcud olması çox vacib məsələdir: “Gələcəkdə onların sayının artırılması nəzərdə tutulur. Ancaq ilkin olaraq pilot layihə üç rayonda – Şəki, Göyçay və Goranboyda fəaliyyət göstərəcək. KTN və BMT-nin İnkişaf Proqramı ilə birgə icra etdiyi layihə “Qlobal əhəmiyyətli aqrobioloji biomüxtəlifliyin qorunması və davamlı istifadəsi” adlanır. Bu layihə çərçivəsində 3 komponent var. Birinci komponent xalq seleksiya yolu ilə seçilmiş sortların institu və ekstitu sahələrdə və gen banklarında salanılmasıdır. İkinci komponent həmin bu laboratoriya xidməti komponentidir. Bura fermerlərə xidmətlərin göstərilməsi daxildir. Üçüncü komponent isə torpaqların deqradasiyaya uğramasının qarşısının alınmasıdır. Çünki düzgün istifadə edilməyən torpaqlar erroziya uğrayır və ölkədə bu böyük bir problemdir. Bu mobil laboratoriya vasitəsilə torpaqların bərpası həyata keçiriləcək".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR