Dərc edildi: Baxış sayı: 532
Azərbaycanda federasiya prezidentinə nazirlikdə vəzifə verilib
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.
O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib.
Yeni direktor paralel olaraq Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət