Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı

Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı
Sakura

Azərbaycanda fəaliyyət göstərən dini mağazaların sayı

“Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı 100-dən çoxdur”. 

Redaktor.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda keçirilən konfransda deyib.  

O bildirib ki, yalnız yayım və satış üçün nəzərdə tutulan dini ədəbiyyatlara nəzarət markası tətbiq edilir: “Nəzarət markası tətbiq edilən dini ədəbiyyatların satışı isə yalnız ixtisaslaşmış satış məntəqələrində həyata keçirilir”.  

N. Məmmədov qeyd edib ki, Azərbaycanda 42 ixtisaslaşmış satış məntəqəsi fəaliyyət göstərir: "Bu gün Azərbaycanda faktiki olaraq fəaliyyət göstərən dini mağazaların sayı isə 100-dən çoxdur və bu da müəyyən problemlərin yaranmasına gətirib çıxaran amillərdən biridir".

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR