Dərc edildi: Baxış sayı: 796
Azərbaycanda ev karantinində saxlanılanların sayı açıqlandı - RƏSMİ
“Azərbaycanda koronavirusla bağlı iki cür karantin rejimi tətbiq edilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, bunlardan biri xaricdən gələn vətəndaşların xüsusi saxlanıldığı yerlərdir:
“Bu yerlərdə 1000 nəfər vətəndaş saxlanılır”.
“Xəstə insanlarla ünsiyyətdə olanlar isə ev şəraitində karantinə alınıb. Ev karantinində üç minə yaxın insan saxlanılır. Onların səhhəti ilə ərazi poliklinika müəssisələri maraqlanır”, - deyə R.Bayramlı qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət