Dərc edildi: Baxış sayı: 736
Azərbaycanda ərzaq mağazaları və apteklər bağlana bilər - RƏSMİ
“Bu həftənin cümə günlərində iş saatlarının qısadılması təklif edilib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, bu təklif dövlət müəssisələrinə aid olacaq:
“Bu, özəl müəssisələrə şamil olunmayacaq. Həftəsonları tam qapanacaq. Bütün ticarət obyektləri, ərzaq mağazaları tam qapanması nəzərdə tutulur. Apteklərin bağlanması müzakirə edilir. Ona görə insanlar təşvişə düşmədən ərzaq təminatlarını həll etməlidirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət